3 Mart 2022, 17:24

Aktau-Bakı reysi üzrə uçuşlar həyata keçiriləcək

Aktau-Bakı reysi üzrə uçuşlar həyata keçiriləcək

Aprelin 1-dən Qazaxıstanın "FlyArystan" aşağıbüdcəli aviaşirkəti Aktaudan Bakıya birbaşa uçuşlar həyata keçirəcək.

Aviaşirkətin yaydığı məlumata görə, biletlərin satışına artıq başlanılıb.

Aktaudan Heydər Əliyev Beynəlxalq Aeroportuna birbaşa uçuşlar cümə və bazar günləri yerinə yetiriləcək.

Bir tərəfə uçuşun qiyməti 19 min tenqedən (66 manat) başlayır. Qiymətə 5 kq əl yükü daxildir. Bakıdan Aktauya reys üzrə qiymət isə 140 manatdan başlayır. 

"FlyArystan"ın satış və marketinq direktoru Mədinə Bujinovanın sözlərinə görə, Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri və Gürcüstana mövcud reyslərdən sonra aviaşirkət tezliklə Azərbaycanın paytaxtı Bakıya da uçuşlar həyata keçirəcək.

"Aktau sakinləri ilə yanaşı, Bakı şəhəri həmçinin, Atırau sakinləri üçün də əlçatan olacaq. Onlar üçün sərfəli qiymətlərlə birləşdirici reyslər təklif etməyə hazırıq", - deyə M. Bujinova əlavə edib.

apa.az