Türkiyə HES kodu ləğv etdi

Türkiyənin Səhiyyə naziri COVID-19 pandemiyası ilə əlaqədar tətbiq edilən bəzi məhdudiyyətlərin aradan qaldırıldığını açıqlayıb.
Türkiyə HES kodu ləğv etdi

Türkiyənin Səhiyyə naziri Fahrettin Koca bu gün COVID-19 pandemiyası ilə əlaqədar tətbiq edilən bəzi məhdudiyyətlərin aradan qaldırıldığını açıqlayıb.

“Euronews”un məlumatına görə, əsas yeniliklər aşağıdakılardır:

Bundan sonra HES kodundan istifadə aradan qaldırılır, otaq havalandırılırsa və insanlar arasında məsafələrə əməl olunursa, artıq maska ​​taxmaq lazım deyil.

“Biz maskaları həyatımızdan çıxarmırıq, lazım olanda taxmaq üçün onları özümüzlə daşıyırıq. Yaşlılarımızın və xroniki xəstəlikləri olan insanların yanında olanda onlara ehtiyacımız ola bilər”, - deyə nazir bildirib.

Eyni zamanda, sosial məsafəyə riayət olunmayan qapalı məkanlarda, təyyarələrin, avtobusların, teatrların, kinoteatrların, tibb müəssisələrinin və məktəblərin qapalı məkanlarında maskaların məcburi olması davam edir.