21 Sentyabr 2021, 14:33

Qazaxıstan Azərbaycana uçuş reyslərinin sayını artırmağa qərar verdi

Qazaxıstan hökuməti 16 ölkə, o cümlədən Azərbaycanla hava əlaqəsini bərpa edir
Qazaxıstan Azərbaycana uçuş reyslərinin sayını artırmağa qərar verdi

Koronavirus pandemiyası səbəbindən tətbiq edilmiş karantin tədbirlərinin yumşaldılması fonunda Qazaxıstan hökuməti 16 ölkə ilə, o cümlədən Azərbaycanla hava əlaqəsini bərpa etmək və reyslərin sayını artırmaq haqqında qərar qəbul edib.

https://report.az Qazaxıstan mətbuatına istinadən yazır ki, müvafiq siyahıya Azərbaycandan başqa, BƏƏ, Rusiya, Özbəkistan, Almaniya, Maldiv adaları, Koreya Respublikası, Polşa, Macarıstan, İtaliya, Çex Respublikası, Şri-Lanka, Çin, Səudiyyə Ərəbistanı və Küveyt də düşüb.

Bundan əlavə, Qazaxıstan rəhbərliyi qənaətbəxş epidemioloji vəziyyətə və yüksək peyvəndləmə səviyyəsinə malik 30 ölkədən gələn şəxslər üçün vizasız rejimi bərpa edib.

Teqlər: