2 Mart 2022, 12:05

Wizz Air ukraynalı qaçqınlara 100 min pulsuz bilet ayırdı

Wizz Air ukraynalı qaçqınlara 100 min pulsuz bilet ayırdı

Wizzair şirkəti Ukraynaya qonşu ölkələrdən (Polşa, Slovakiya, Macarıstan və Rumıniya) uçan qısamüddətli uçuşlarda ukraynalı qaçqınlar üçün 100 min pulsuz bilet ayırıb.

Aviaşirkət həmçinin qaçqınlar üçün bütün digər reyslərdə aşağı tariflərlə - 29,99 avro və 69,99 avroya biletlər təklif edir. Biletləri https://wizzair.com/#/rescue saytından sifariş edə bilərsiniz.