2 Mart 2022, 09:55

ABŞ hava məkanını Rusiya aviaşirkətləri üçün bağladı

ABŞ hava məkanını Rusiya aviaşirkətləri üçün bağladı

Prezident Co Bayden ABŞ-ın Rusiya hava məkanını bağladığını bəyan etdi. Bayden ABŞ Dövlət Departamentinin internet saytında canlı yayımlanan xalqa müraciətində deyib:

"Mən bu axşam elan edirəm ki, biz müttəfiqlərimizlə Amerika hava məkanını bütün Rusiya uçuşları üçün bağlayacağıq".

ABŞ Nəqliyyat Nazirliyi bildirib ki, ABŞ hava məkanının Rusiya təyyarələri üçün bağlanması çarter reyslərinə də şamil ediləcək.

Agentlik öz bəyanatında bildirib ki, qadağa bütün təyyarələrə, o cümlədən Rusiyada istifadə edilən, qeydiyyatdan keçmiş və sertifikatlaşdırılmış təyyarələrə, o cümlədən “çarter uçuşlarına” şamil edilir.

Qeyd edək ki, bundan əvvəl Rusiya təyyarələrinin Aİ ölkələrinin hava məkanında uçuşları qadağan edilmişdi və Kanada, Rusiya əks cavab tədbirləri görmüşdü.