2 Mart 2022, 09:50

Boeing Rusiya aviaşirkətlərinə xidməti dayandırdı

Boeing Rusiya aviaşirkətlərinə xidməti dayandırdı

Amerikanın “Boeing” aviasiya konserni Rusiya aviaşirkətlərinə ehtiyat hissələrinin tədarükünü və onlara texniki dəstəyi dayandırıb. Bu barədə çərşənbə axşamı “Reuters”in jurnalisti Devid Şepardson “Boeing” şirkətinin bəyanatına istinadən “Twitter” səhifəsində yazıb.

“Biz Rusiya aviaşirkətləri üçün ehtiyat hissələrin tədarükü, texniki xidməti və texniki dəstəyi dayandırırıq”. 

Bundan əvvəl Boeing Ukrayna ətrafında yaranmış vəziyyətlə əlaqədar Kiyevdəki ofisinin, eləcə də Moskvanın Skolkovo şəhərindəki təlim mərkəzinin işini dayandırmışdı. Skolkovodakı aviasiya təlim mərkəzi Boeing təyyarələrində uçan pilotların yenidən hazırlanması və ixtisaslarının saxlanılması üçün ən yaxşı yerlərdən biri hesab olunur.