1 Mart 2022, 15:01

İstanbul və Bakı reyslərinə ucuz biletlər satışa çıxarıldı

İstanbul və Bakı reyslərinə ucuz biletlər satışa çıxarıldı

Bugün, Od çərşənbəsində İstanbul və Dubay şəhərlərinə həyata keçirilən uçuşlara AZAL endirim elan edib.

Bakı-İstanbul-Bakı və Bakı-Dubay-Bakı (və əks istiqamətdə) marşrutu üzrə ekonom sinif aviabiletlərini saytdan 30% güzəştlə əldə etmək mümkündür.

Endirim 2022-ci il aprelin 1-dən 30-dək olan uçuşlara 2 mart saat 08:00-dək aviabilet alındıqda keçərlidir.

Qeyd edək ki, aksiya çərçivəsində yerlərin sayı məhduddur.