28 Fevral 2022, 15:19

Moskva aeroportlarında 180-dən çox reys ləğv edilib

Moskva aeroportlarında 180-dən çox reys ləğv edilib

Moskva aeroportlarında 180-dən çox reys təxirə salınıb və ya ləğv edilib.

Moskvanın “Domodedovo”, “Şeremetyevo” və “Vnukovo” aeroportlarında 180-dən çox reys ləğv edilib, yaxud təxirə salınıb.

Avropa İttifaqı fevralın 28-dən Rusiya aviaşirkətləri üçün səmasını bağlayıb. Bu barədə qərar Avropa İttifaqının 27 ölkəsinin xarici işlər nazirləri tərəfindən təsdiqlənib. Bundan əlavə, Albaniya, Kanada, Böyük Britaniya, Norveç, Şimali Makedoniya və Ukrayna da öz səmasını Rusiyadan uçuşlar üçün bağlayıb.

Ukraynada döyüş əməliyyatları ilə əlaqədar Rusiyanın cənubunda Rostov, Krasnodar, Anapa, Gəlincik, Elista, Stavropol, Belqorod, Bryansk, Kursk, Voronej və Simferopol hava limanları fəaliyyətini müvəqqəti dayandırıb.