26 Fevral 2022, 12:03

"Buta Airways" Kiyevə növbəti reysi də təxirə saldı

Azərbaycanın “Buta Airways” aviaşirkəti Ukrayna hava məkanının bağlanması ilə əlaqədar fevralın 28-nə planlaşdırılan Bakı-Kiyev reysini ləğv edib.

Mövcud vəziyyətlə əlaqədar olaraq, ləğv edilmiş reyslərin sərnişinləri uçuş tarixini dəyişə və ya cərimə tətbiq edilmədən aviabiletləri geri qaytara bilərlər.

Bütün sərnişinlərimizdən ən son uçuş məlumatlarını aviaşirkətin rəsmi sosial şəbəkə səhifələrində izləmələrini xahiş edirik.

facebook.com/ButaAirways

instagram.com/ButaAirways

twitter.com/ButaAirways

t.me/ButaAirways