24 Fevral 2022, 10:43

“Buta Airways” bugünkü Bakı-Həştərxan reysini ləğv etdi

“Buta Airways”  bugünkü Bakı-Həştərxan reysini ləğv etdi

Rusiyanın cənub hava limanlarından uçuşlara məhdudiyyətlər qoyulması səbəbindən "Buta Airways" aviaşirkəti cümə axşamı üçün nəzərdə tutulan Bakı-Həştərxan-Bakı reysini ləğv edib.

Rosaviasiyanın məlumatına əsasən, cənub hava məkanından istifadəyə qadağa qoyulduğu üçün bu gün Həştərxan hava limanından bütün reyslər ləğv olunub.

Ləğv edilmiş reysin sərnişinləri biletləri digər tarixlərə dəyişdirə və ya cərimələr tətbiq edilmədən geri qaytara bilərlər.

Bütün sərnişinlərimizdən ən son uçuş məlumatlarını aviaşirkətin rəsmi sosial şəbəkə səhifələrində izləmələrini xahiş edirik.

"Buta Airways"in rəsmi sosial şəbəkə səhifələri:

facebook.com/ButaAirways

instagram.com/ButaAirways

twitter.com/ButaAirways

vk.com/ButaAirwaysru

t.me/ButaAirways