24 Fevral 2022, 09:56

Rusiyanın cənubundakı hava limanları fəaliyyətlərini dayandırdı

Rusiyanın cənubundakı hava limanları fəaliyyətlərini dayandırdı

Rosaviasiya Rusiyanın cənubunda 12 hava limanının fəaliyyətini dayandırdığını açıqlayıb.

TASS xəbər verir ki, onların arasında Rostov-na-Donu, Krasnodar, Stavropol, Belqorod, Voronej, Simferopol, Anap, Gelencik, Elist, Bryansk, Orel, Kursk var.

Cənub hava məkanından istifadə qadağası səbəbindən Volqoqrad hava limanından bütün reyslər də ləğv edilib.

"Aviasiya orqanları tərəfindən cənub hava məkanından istifadəyə qoyulan qadağa ilə əlaqədar olaraq, Volqoqrad hava limanından bütün uçuşlar ləğv edilib. Cənub hava məkanından istifadəyə aviasiya hakimiyyətləri tərəfindən tətbiq edilən qadağa ilə əlaqədar olaraq Həştərxan hava limanından bütün uçuşlar ləğv edilib”, - deyə RİA Novosti-yə mənbə bildirib.

Belqorod hava limanı da cənub hava məkanından istifadə qadağası səbəbindən bütün reysləri ləğv edib.