24 Fevral 2022, 08:47

"Buta Airways" Kiyevə uçuşları dayandırdı: Alınmış biletlərin taleyi necə olacaq?

Bu marşrut üzrə biletlər geri qaytarıla bilər

NOTAM (aviasiya personalı üçün beynəlxalq məlumatlandırma sistemi) məlumatına əsasən Ukraynanın hava məkanı hüdudlarında mülki təyyarələrin uçuşlarının məhdudlaşdırılması ilə əlaqədar Azərbaycanın "Buta Airways" aviaşirkəti Bakı-Kiyev-Bakı marşrutu üzrə bugünki reysini ləğv edib.

Bu marşrut üzrə bilet əldə etmiş sərnişinlər onları digər tarixlərə dəyişdirə və ya cərimə tətbiq edilmədən geri qaytara bilərlər.

Bütün sərnişinlərimizdən ən son uçuş məlumatlarını aviaşirkətin rəsmi sosial şəbəkə səhifələrində izləmələrini xahiş edirik.

"Buta Airways"in rəsmi sosial şəbəkə səhifələri:

• facebook.com/ButaAirways

• instagram.com/ButaAirways

twitter.com/ButaAirways

vk.com/ButaAirwaysru

t.me/ButaAirways