Türkiyəyə biletlər "Su"ya düşdü: qiymətlərdə 30% endirim!

Türkiyəyə biletlər

AZAL bu gün, Su çərşənbəsində Türkiyəyə həyata keçirilən uçuşlara endirim elan edib. AviaTravel xəbər verir ki, Bakı-İstanbul-Bakı və Bakı-Antalya-Bakı (və əks istiqamətdə) marşrutu üzrə ekonom sinif aviabiletlərini saytdan 30% güzəştlə əldə etmək mümkündür.

Endirim 2022-ci il aprelin 1-dən 30-dək olan uçuşlara 23 fevral saat 08:00-dək aviabilet alındıqda keçərlidir.

Qeyd edək ki, aksiya çərçivəsində yerlərin sayının məhdud olduğu bildirilir, odur ki, əldə etməyə tələsin.