Rusiyanın iki aviaşirkəti Füzuliyə uçmağa icazə aldı

Bundan əlavə, Mahaçqala-Qəbələ və Mahaçqala-Bakı reysləri açılır
Rusiyanın iki aviaşirkəti Füzuliyə uçmağa icazə aldı

“Rosaviasiya” Federal Hava Nəqliyyatı Agentliyi Rusiyanın müxtəlif şəhərlərindən Azərbaycana beş aviareyslərin yerinə yetirilməsi üçün 4 şirkətə icazə verib.

“İnterfaks-Azərbaycan” yazır ki, cümə axşamı “Rosaviasiya” iclasın yekunlarına dair “Red Vinqs”, “Severnıy veter”, “İkar” və “Azimut” aviaşirkətlərinə Azərbaycana reyslərə icazə verilməsi haqqında qərar qəbul edib.

Qərara əsasən, “Severnıy veter” və “İkar” aviaşirkətləri həftədə 7 dəfə Moskva-Füzuli reysinin yerinə yetirilməsinə icazə əldə edib.

Bundan başqa, “Severnıy veter” aviaşirkəti həftədə 7 dəfə Maxaçkala-Qəbələ reysinə icazə əldə edib.

“Azimut” aviaşirkəti həftədə 3 dəfə Maxaçkala-Bakı reysinə, “Red Vinqs” aviaşirkəti həftədə 3 dəfə Krasnodar-Bakı reysinin yerinə yetirilməsinə icazə əldə edib.

2021-ci ilin dekabr ayında “Rosaviasiya” “İrAero” şirkətinə Moskvadan Füzuliyə uçuşlara icazə verib.

Xəbər verildiyi kimi, Füzuliyə ilk sınaq uçuşu 2021-ci il sentyabrın 5-də həyata keçirilib. Oktyabrın 15-də Azərbaycan Respublikasınınbaş naziri Əli Əsədov Füzuli Hava Limanına beynəlxalq statusun verilməsi haqqında sərəncam imzalayıb. Oktyabrın 26-da Füzuli Beynəlxalq Hava Limanının açılış mərasimi olub. Azərbaycan prezidenti İlham Əliyev və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan açılış mərasimində iştirak ediblər.