Sankt-Peterburqa indi daha sərfəli şərtlərlə getmək olar. AZAL, Bakıdan Sankt-Peterburqa və əks istiqamətə uçuşlarda yeni aksiya elan edib.
⠀
30 aprel 2022-ci il tarixinədək olan uçuşlara aviabiletlərə endirimli tariflər:
Bir istiqamətə: Bakı- Sankt-Peterburq və Sankt-Peterburq-Bakı 139 avro;
Gediş-dönuş: Bakı-Sankt-Peterburq- Bakı - 239 avro təşkil edəcək.
⠀
Aviabiletin dəyərinə baqaj (23 kq-dək), əl yükü (10 kq-dək) və təyyarə göyərtəsində qidalanma daxildir.
⠀
Bu aksiya çərçivəsində aviabiletləri http://azal.az saytında, mobil tətbiqdə, həmçinin aviaşirkətimizin bütün akkreditə olunmuş agentliklərindən əldə etmək mümkündür.
⠀
Qeyd edək ki, Bakıdan Sankt-Peterburqa uçuşlar həftədə iki dəfə - cümə axşamı və bazar günləri həyata keçirilir. AZAL bildirib ki, aksiya çərçivəsində aviabiletlərin sayı məhduddur.