16 Fevral 2022, 10:24

Martdan etibarən Azərbaycan və İran arasında birbaşa aviareyslər bərpa edilir

Martdan etibarən Azərbaycan və İran  arasında birbaşa aviareyslər bərpa edilir

Bu ilin mart ayından etibarən Azərbaycan və İran arasında birbaşa aviareyslər bərpa edilir, Azərbaycanın Tehrandakı səfiri Əli Əlizadə bildirib.

“İki ölkə arasında münasibətlərdə daha bir yaxşı addım. Azərbaycanla İran arasında birbaşa uçuşlar bu ilin mart ayının əvvəlindən bərpa olunacaq”, - deyə Əlizadə Twitter hesabında yazıb.

Qeyd edək ki, Azərbaycan Nazirlər Kabineti bu ərəfədə İran vətəndaşlarının respublikaya hava yolu ilə daxil olmasına icazə verib.

AviaTravel