15 Fevral 2022, 16:39

Ukrayna aviaşirkətlərə uçuşların davam etməsi üçün 592 milyon dollar ayırdı

Ukrayna aviaşirkətlərə uçuşların davam etməsi üçün 592 milyon dollar ayırdı

Ukrayna mümkün müharibə ssenarisində ölkənin hava məkanından uçuşları dayandırmaq istəyən aviaşirkətlərin uçuşlarının davam etdirilməsi üçün 592 milyon dollar vəsait ayırıb.

Ukrayna müharibədən qorxan hava yollarının uçuşları bərpa etməsi üçün 592 milyon dollar vəsait ayırdığını bildirdi.

Ukraynanın beynəlxalq uçuşların dayandırılması təhlükəsi ilə bağlı Ukrayna Nəqliyyat Nazirliyinin fövqəladə iclasından sonra "Ukrayna üzərindəki hava məkanı açıq qalır və dövlət aviaşirkətlər üçün risklərdən qaçmaq üçün çalışır"? -deyə açıqlama verib.

"Haber.aero"nun verdiyi xəbərə görə, Baş nazir Denis Şmihal bildirib: 

 “Vəsait sığorta və çarter şirkətlərinə Ukraynada uçuşların təhlükəsizliyini təmin etmək üçün ayrılıb. Bu, sərnişin hava nəqliyyatı bazarında vəziyyəti sabitləşdirəcək və hazırda xaricdə olan soydaşlarımızın Ukraynaya qayıtmasına təminat verəcək”.

Hollandiya hava yolu şirkəti KLM-nin sözçüsü bu yaxınlarda verdiyi açıqlamada Ukraynaya bütün uçuşları dayandırdığını, Lufthansa isə hava hərəkətini dayandırmağı düşündüyünü bildirib.

AviaTravel