Bazar günü Türk Hava Yolları müştərilərinə Ukraynaya uçuşlar üçün biletləri qaytarmaq və ya dəyişmək imkanı yaradıb. Bu barədə Türkiyə aviadaşıyıcısının bəyanatında deyilir.
“Ukraynadakı mövcud vəziyyətlə əlaqədar olaraq, 13 fevral 2022-ci il tarixdən etibarən 13 fevral 2022-ci il tarixədək (daxil olmaqla) Türk Hava Yollarının Ukraynaya (Kiyev, Odessa, Lvov, Xarkov, Zaporojye və Nikolayev) reyslərinə bilet almış sərnişinlərə 28 fevral 2022-ci il tarixinədək (daxil olmaqla) biletləri dəyişdirmək və ya geri qaytarmaq üçün əlavə hüquq verilir”, - məlumatda deyilir.
Bu arada NTV kanalı Türk Hava Yollarının Ukraynaya uçuşlarını davam etdirəcəyini qeyd edir.