14 Fevral 2022, 10:33

Ukrayna fevralın 14-19-da Qara dənizin bir hissəsi üzərində uçuşu tövsiyə etmir: Rusiya təlimlər keçirir

Ukrayna fevralın 14-19-da Qara dənizin bir hissəsi üzərində uçuşu tövsiyə etmir: Rusiya təlimlər keçirir

Ukrayna Rusiya Federasiyasının təlimləri ilə əlaqədar fevralın 14-dən 19-dək Qara dənizin açıq suları üzərindən uçmamaq üçün aviaşirkətlərə rəsmi tövsiyə dərc edib.

Facebook-da UkSATSE-nin rəhbəri Andriy Yarmak yazıb ki, fevralın 14-dən etibarən aviaşirkətlərə tövsiyə olunur ki, bu zona üzərindən müəyyən müddət ərzində uçuşlar həyata keçirməsin, mövcud vəziyyəti nəzərə alaraq ən yaxşı marşrutları əvvəlcədən planlaşdırsınlar. Yarmak vurğulayıb ki, bu tövsiyə ümumiyyətlə Qara dəniz üzərində uçuşlara mane olmur.

O izah edib ki, Ukrayna Simferopol Uçuş Məlumatı Bölgəsi (FIR) daxilində hava hərəkəti xidmətləri göstərən və bu barədə aeronaviqasiya məlumatlarının dərci ilə bağlı beynəlxalq səviyyədə tanınan yeganə dövlətdir.

Bununla belə, Krımın müvəqqəti işğalından sonra, 2014-cü ilin aprelindən başlayaraq, Rusiya birtərəfli qaydada Simferopol FIR daxilində aeronaviqasiya xidmətlərinə can atdığını bəyan edir ki, bu da beynəlxalq sənədlərin birbaşa pozulması deməkdir. 

Keçən həftə Rusiya Federasiyası pilotlara bildiriş yayaraq, fevralın 14-dən 19-dək Qara dəniz üzərindəki hava məkanının bir hissəsini öz təlimlərinə görə müvəqqəti təhlükə zonası elan edib.

Bundan sonra Ukrayna fevralın 14-dən 19-dək Qara dəniz regionunda hava məkanında potensial təhlükəli zonanın aktivləşməsi ilə bağlı aviasiya məlumatlarının rəsmi dərcini həyata keçirib.

Yarmak həmçinin vurğulayıb ki, hazırda Ukrayna ərazisi üzərindəki hava məkanı uçuşların planlaşdırılması üçün açıq və əlçatandır, beynəlxalq norma və standartlara uyğun olaraq uçuşların təhlükəsizliyi lazımi səviyyədə təmin edilir.

AviaTravel