14 Fevral 2022, 09:53

Aviaşirkətlər Ukrayna üzərində uçuşları dayandırsalar da, səma açıq qalır

Aviaşirkətlər Ukrayna üzərində uçuşları dayandırsalar da, səma açıq qalır

Bugündən, yəni fevralın 14-dən hava səyahətlərinin sığortası ilə məşğul olan beynəlxalq sığorta şirkətləri yüksək hərbi əməliyyatlar riski səbəbindən Ukrayna üzərindən uçuşlar üçün təyyarələri sığortalamağı dayandırır - buna görə də hava məkanının bağlanması barədə söhbət getməsə də, aviaşirkətlər uçuşları dayandırmağa məcburdurlar.

Ukraynanın pravda saytı yazır ki, sığorta şirkətləri Rusiya Federasiyasından Ukraynaya potensial təhlükə ilə bağlı dünya mediasında görünməmiş informasiya gərginliyinə görə belə bir qərar qəbul ediblər.

İcarəyə verənlərin (təyyarə sahiblərinin) böhran zamanı təyyarələri Ukrayna hüdudlarından kənarda bazaya yerləşdirmək tələbi ilə Ukrayna və beynəlxalq aviaşirkətlərin bütün təyyarələri uçuşları dayandırmaq məcburiyyətində qalıb.

Fevralın 12-də Hollandiyanın KLM aviaşirkəti Kiyevə uçuşları müvəqqəti dayandırdığını elan edib. Fevralın 13-də isə SkyUp-ın Funchal - Kiyev reysi icarəyə verənin və beynəlxalq sığorta şirkətlərinin tələblərinə görə Kişinyovda enməyə məcbur olub.

Yəqin ki, 2022-ci il fevralın 14-dən etibarən bütün Ukrayna aviaşirkətləri Ukraynanın hava məkanında uçuşlar həyata keçirə bilməyəcək. İstisna Rusiya Federasiyasında sığortalanmış Rusiya aviaşirkətlərinə şamil edilə bilər.