“Smartavia” aviaşirkəti Azərbaycanın paytaxtına birbaşa müntəzəm reysləri bərpa edir. Şirkətin rəsmi saytında deyilir ki, boz gündəlik həyat tərzinizi mehriban Bakı ilə rəngarəng edin.
Məlumata görə, Sankt-Peterburqdan Bakıya və əks istiqamətdə uçuşlar 5 mart 2022-ci il tarixindən etibarən şənbə günləri yerinə yetiriləcək. Aviabiletlər artıq satışdadır.
Pulkovo hava limanından uçuş saat 16:30-da, Bakıya eniş yerli vaxtla saat 21:15-də. Qayıdış reysi saat 22:15-də yola düşür və Sankt-Peterburqa 01:15-də çatır.
Aviabiletin qiyməti 192,27 manatdan başlayır.