4 Fevral 2022, 11:11

Bees Airlines aviaşirkəti Gəncəyə yeni marşrut açacaq

Bees Airlines aviaşirkəti Gəncəyə yeni marşrut açacaq

“Bees Airline” aşağı büdcəli aviaşirkəti 2022-ci ilin yay naviqasiyasında Kiyevdən Azərbaycanın ikinci ən böyük şəhəri olan Gəncəyə uçuşlar həyata keçirməyi planlaşdırır.

Loukoster hələ bilet satışını açmayıb, lakin artıq marşrutun başlamasına hazırlaşır.

“Bees” aviaşirkəti Ukrayna Dövlət Aviasiya Administrasiyasından Kiyevdən Gəncəyə həftədə iki dəfəyə qədər müntəzəm uçuşlar həyata keçirmək hüququ alıb. 

Kiyev-Gəncə Bees Airline şəbəkəsində Azərbaycana ikinci reys olacaq. Aviaşirkət artıq bu şəhərə Odessadan uçur və paytaxtdan uçuşlar başlayandan sonra da marşrutu saxlamaq niyyətindədir.

“Biz hesab edirik ki, Azərbaycanın bu bölgəsi haqsız olaraq diqqətdən kənarda qalıb. Buna görə də planlarımıza həm Kiyevdən, həm də Odessadan Gəncəyə uçuşlar daxildir”, - deyə Gigiora bildirib.

Ukrayna ilə Azərbaycan arasında trafik 2022-ci il yanvarın 13-dən artmağa başlayıb. Artıq Azərbaycan hökuməti Ukraynadan COVID-19-a qarşı tam peyvənd olunmuş turistlərin ölkəyə girişinə icazə verib. Bundan əlavə, yola düşməzdən əvvəl onlar PCR testindən keçməlidirlər.