3 Fevral 2022, 08:51

Pegasus İstanbuldan Gəncəyə birbaşa reys açır

Pegasus İstanbuldan Gəncəyə birbaşa reys açır

Pegasus Hava Yolları 18 martdan etibarən İstanbul-Gəncə-İstanbul reysinə başlayır. Bir tərəfə qiymət 56 avrodan başlayır. Uçuşlar həftədə iki dəfə Sabiha Gökçen aeroportundan olacaq. Ən ucuz tarifə əl baqajı daxildir.

Bloger Azər İsmayılın verdiyi məlumata görə, bu çox əla xəbərdir. Çünki Gəncədən Pegasus-la nəinki İstanbula, nəinki İstanbul üzərindən Türkiyənin digər şəhərlərinə, eləcə də Avropanın bütün nöqtələrinə ucuz uçmaq şansı yaranır.
Biletləri http://www.flypgs.com saytından almaq mümkündür.

Beləliklə, Gəncədən təkcə İstanbula deyil, oradan da Türkiyənin, hətta Avropanın digər şəhərlərinə də ucuz uçuşlar həyata keçirmək mümkün olur.

AviaTravel