2 Fevral 2022, 13:44

Utair Moskvadan Gəncəyə yeni reys açır

Uçuşlar həftədə bir dəfə həyata keçiriləcək
Utair Moskvadan Gəncəyə yeni reys açır

Rusiyanın “Utair” aviaşirkəti bu il fevralın 9-da Moskvadan Gəncəyə yeni reys açacağını açıqlayıb. Aviadaşıyıcının press-relizində deyildiyi kimi, reyslər çərşənbə günləri Boeing 737-800 təyyarələri ilə yerinə yetiriləcək.

Təyyarə Moskvadan 06:05-də, Gəncədən saat 11:30-da yola düşür. Biletlərin qiyməti 8810 ₽-dən (təxminən 200 manat) başlayır.

“Hətta məhdud hava hərəkətinə baxmayaraq, cədvəlimizə yeni istiqamətlər daxil olmaqla uçuşların coğrafiyasını genişləndiririk. “Utair” uzun illərdir ki, Moskvadan və regionlardan Azərbaycanın paytaxtı Bakıya uçuşlar həyata keçirir və indi sərnişinlərin rahatlığı üçün Gəncəyə yeni marşrut tətbiq edirik”, - deyə “Utair – Sərnişin Hava Yolları”nın prezidenti Oleq Semenov bildirib.