24 Yanvar 2022, 17:10

Güclü qar səbəbindən AZAL-ın İstanbul-Bakı reysi təxirə salındı- YENİLƏNDİ

Güclü qar səbəbindən AZAL-ın İstanbul-Bakı reysi təxirə salındı- YENİLƏNDİ

Bakı-İstanbul-Bakı axşam reysi (J2 077/078) İstanbula yağan güclü qar səbəbindən təxirə salınıb.

Ləğv edilən reysin sərnişinlərinin bugünkü səhər reysinin (J2 075/076) sərnişinləri ilə birlikdə geniş gövdəli təyyarə ilə yola salınması planlaşdırılır.

Onu da qeyd edirik ki, qar yağması səbəbindən İstanbul hava limanı istiqamətində nəqliyyatın hərəkəti çox çətinləşib.

*******

İstanbulda əlverişsiz hava şəraiti (güclü qar) səbəbindən AZAL-ın İstanbul-Bakı reysi gecikir.

Hazırda reysin sərnişinləri sərnişin terminalının daxilindədir və qida və alkoqolsuz içki ilə təmin olunacaqlar.

İstanbul hava limanının icazəsi olan kimi təyyarə İstanbuldan yola düşəcək.

Qeyd edək ki, Türkiyənin milli aviadaşıyıcısı - "Türk Hava Yolları" şirkəti bu gün üçün İstanbul-Bakı (TK334) və Bakı-İstanbul (TK335) reyslərini ləğv edib.

Aviaşirkətdən verilən məlumata görə, buna səbəb Türkiyədə hava şəraitinin uçuş üçün əlverişli olmamasıdır.