17 Sentyabr 2021, 12:44

Ukraynadan peyvənd pasportları ilə bağlı - YENİ QƏRAR

Sertifikatların etibarlılıq müddəti 180 gündən 365 günə qaldırıldı
Ukraynadan peyvənd pasportları ilə bağlı - YENİ QƏRAR

Ukrayna 2 doza peyvənd sertifikatlarının etibarlılıq müddətini 180 gündən 365 günə qaldırdı. Bu barədə Ukrayna Nazirlər Kabineti  qərar verib.

Ukrhaber-in verdiyi məlumata görə, qərar hökumətin saytında dərc edilib.

Qərara görə, peyvəndi, mənfi test nəticəsi (72 saat ərzində etibarlıdır) və ya COVID-19 antitel nəticəsi olan fərqli COVID sertifikatları Ukraynada qüvvədə olacaq.

Vaksin məlumatları olan sertifikatlar "sarı" və "yaşıl" olacaq.

"Sarı" sertifikatlar Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən tanınan bir peyvənd dozasını təsdiq edir, bu peyvəndin etibarlılıq müddəti peyvənd vurulma tarixindən 120 gündür.

"Yaşıl" sertifikatlar, iki doz vaksinlə, ikinci peyvənddən sonra və ya peyvəndin bir dozası kifayət kimi qəbul edildiyi təqdirdə, peyvəndləmədən 14 gün sonra əldə edilə bilər.

Bu sertifikatın etibarlılıq müddəti 365 gündür.

Teqlər: