13 Yanvar 2022, 13:54

Türkiyə Ermənistan təyyarəsinə uçmağa rəsmi icazə verdi: bilet 39 avrodur

İlk uçuş fevralın 2-nə planlaşdırılır
Türkiyə Ermənistan təyyarəsinə uçmağa rəsmi icazə verdi: bilet 39 avrodur

Türkiyənin aviasiya qurumları Ermənistanın “Flyone Armenia” aviaşirkətinə İrəvan-İstanbul-İrəvan marşrutu üzrə uçuşlar həyata keçirməyə icazə verib.

Bu barədə “Flyone Armenia”nın Direktorlar Şurasının sədri Aram Ananyan bildirib: 

"İrəvan-İstanbul-İrəvan reyslərinin yerinə yetirilməsi üçün Türkiyənin aviasiya hakimiyyətindən icazə alınıb. İlk uçuş fevralın 2-nə planlaşdırılır".

Bundan əvvəl Ermənistanın Mülki Aviasiya Komitəsi Ermənistan və Türkiyə aviaşirkətlərinə İrəvan-İstanbul-İrəvan marşrutu üzrə qeyri-müntəzəm uçuşlar həyata keçirmək üçün icazə verib.

“Ermənistanın “Flyone Armenia” aviaşirkəti və Türkiyənin “Pegasus Airlines” aviaşirkəti Ermənistanın Mülki Aviasiya Komitəsindən İrəvan-İstanbul-İrəvan marşrutu üzrə qeyri-müntəzəm reyslər həyata keçirmək üçün icazə alıb”, - Ermənistan Ərazi İdarəetmə və İnfrastruktur Nazirliyinin mətbuat xidməti bildirir. 

Eyni zamanda, Türkiyənin “AirportHaber” profil nəşri yazır ki, uçuşlar həftədə iki dəfə (bazar ertəsi-cümə) İrəvandan İstanbulun yeni hava limanına həyata keçiriləcək. Şirkətin rəsmi saytında ilk uçuşlar üçün biletlərin qiyməti 39 avro təşkil edir.

Məlumata görə, həmçinin Türkiyənin “Pegasus Airlines”in Ermənistan hakimiyyətindən həftədə 3 dəfə (Bazar ertəsi – Çərşənbə axşamı – Şənbə) Yerevana uçmaq üçün icazə aldığı barədə məlumat paylaşır.
Saytdakı rəsmi uçuş cədvəlinə əsasən, türk aviaşirkətinin İstanbuldan İrəvana ilk uçuşları da hava limanından fevralın 2-nə planlaşdırılıb. Sabiha Gökçen limanından qalxan reysin bilet qiyməti 61 dollardan başlayır.

Qeyd edək ki, Türkiyə ilə Ermənistan arasında diplomatik əlaqələr yoxdur və iki ölkə arasında sərhəd 1993-cü ildən Ankaranın təşəbbüsü ilə bağlıdır.

“FlyOne Armenia” Moldovanın “FlyOne” loukosterinin törəməsidir. 29 oktyabr 2021-ci ildə o, hava operatoru sertifikatı alıb.

“FlyOne Armenia” ən böyük erməni sahibkarlarından biri, hakim “Mülki müqavilə” fraksiyasından olan deputat Xaçatur Sukiasyanın ailəsinə məxsusdur.

Ermənistanla Türkiyə arasında diplomatik əlaqələr yoxdur. 2021-ci il dekabrın ortalarında tərəflər münasibətlərin normallaşdırılması üzrə danışıqlar üçün xüsusi nümayəndələr təyin ediblər.