13 Yanvar 2022, 12:25

Dünyanın ən dəqiq aviaşirkətlərinin adları müəyyən edilib

Ən yaxşı aviaşirkət “All Nippon Airways” olub
Dünyanın ən dəqiq aviaşirkətlərinin adları müəyyən edilib

Səyahətlər və aviasiya sahəsində tədqiqatlar üzrə ixtisaslaşan “Cirium” analitik şirkəti dünyada ən səliqəli aviaşirkətlərin adlarını müəyyən edib.

“Tonkosti turizma” saytı yazır ki, bu göstərici üzrə ən yaxşı aviaşirkət “All Nippon Airways” olub. Burada reyslərin 95 faizi vaxtında yerinə yetirilib. İkinci yeri “Japan Airlines” (94,1 faiz), üçüncü yeri “Aeroflot” tutub (91,05 faiz).

Şimali Amerika aviaşirkətləri arasında ən səliqəlisi “Delta Air Lines” (87,7 faiz), Latın Amerikası şirkətləri arasında “Copa Airlines” (90,3 faiz) fərqlənib. Avropada ən yaxşı aviaşirkət “Vueling” (92,1 faiz), Asiyada “Japan Airlines” və “All Nippon Airways”, Afrikada və Yaxın Şərqdə “Safari” şirkəti irəlidədir (96,4 faiz”.

Ən səliqəli loukoster 97,9 faiz göstəriciyə nail olmuş “Solased AİR” şirkətidir.

Reyslərin əksər hallarda vaxtında yola düşdüyü aeroport Yaponiyada Haneda aeroportdur (95,6 faiz). Bu parametr üzrə ikinci yeri Rusiyanın Şeremetyevo (94,8 faiz), üçüncü yeri Çinin Şuanlyu aeroportu tutur (88,2 faiz).