Aviasiya sənayesi tədricən bərpa olunur və hazırda 25 sərnişin aviaşirkəti Heydər Əliyev Beynəlxalq Aeroportuna birbaşa uçuşlar həyata keçirir.
Ümumilikdə 2021-ci ilin yanvar-dekabr aylarında Azərbaycanın hava limanları 2,93 milyon sərnişinə xidmət göstərib. Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidmətindən bildirilib ki, bu rəqəm COVID-19 pandemiyasının başlaması, beynəlxalq uçuşların ləğvi və sərhədlərin bağlanması səbəbindən sərnişin hava nəqliyyatının dayandırıldığı 2020-ci ilin statistikasını iki dəfədən çox üstələyir.
Ətraflı - infoqramda
AviaTravel