Azərbaycan Hava Yollarının Küveytə uçuşlarında yeni aksiya elan edir. Beləki, AZAL-dan iki aviabilet alarkən - 12 yaşınadək uşaq üçün 1 bilet hədiyyə verilir.
⠀
Aksiya 2022-ci il martın 16-sı daxil olmaqla yerinə yetiriləcək reyslər üçün yanvarın 29-dək bir istiqamətə və gediş-dönüş aviabiletlərinin alınmasına şamil edilir.
Həmçinin aksiya çərçivəsində Küveytə bilet alan AZAL-Miles istifadəçiləri aviaşirkətdən hədiyyə olaraq 50 bonus mil əldə edəcəklər.
⠀
Bu aksiya çərçivəsində aviabiletləri AZAL-ın bütün akkreditə olunmuş agentliklərində əldə etmək olar.
Bakıdan Küveytə uçuşlar həftədə iki dəfə - çərşənbə və şənbə günləri həyata keçirilir.
⠀
Qeyd edək ki, hədiyyə biletinin vergiləri və rüsumları ödənilir.