11 Yanvar 2022, 17:33

Honq-Konq Azərbaycandan olan turistlərin girişinə qadağa qoydu

Səbəb Azərbaycanda "Omikron" ştamının aşkar edilməsidir.
Honq-Konq Azərbaycandan olan turistlərin girişinə qadağa qoydu

Honq-Konq Azərbaycandan gələn səyahətçilərə girişi qadağan edib. Yanvarın 14-dən bu ölkə Azərbaycanı Honq-Konqa girişi qadağan olunan ölkələrin siyahısına əlavə edib.

Səbəb Azərbaycanda "Omikron" ştamının aşkar edilməsidir. 

Azərbaycana səfər etmiş Honq-Konq vətəndaşları isə yalnız tam peyvənd olunduqdan sonra vətənə qayıda biləcəklər. Və hətta bu halda onlar xüsusi bir oteldə 21 günlük məcburi karantində qalmalı olacaqlar.

Hazırda Azərbaycan omikron aşkar edilmiş 140-a yaxın ölkənin siyahısına daxildir.