11 Yanvar 2022, 16:55

Dumana görə təxirə salınan Bakı-Naxçıvan aviareysləri barpa olundu

Dumana görə təxirə salınan Bakı-Naxçıvan aviareysləri barpa olundu

Bakı və Naxçıvan Muxtar Respublikası arasında güclü dumana görə təxirə salınan aviareyslər bərpa olunub və təyyarələr bu istiqamət üzrə hərəkət edir.

Heydər Əliyev Beynəlxalq Hava Limanından verilən məlumata görə, hazırda sözügedən istiqamət üzrə aviareyslər həyata keçirilməkdədir.

Xatırladaq ki, əlverişsiz hava şəraiti (güclü duman) səbəbindən "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) J2-251 nömrəli Bakı-Naxçıvan reysini yerinə yetirən təyyarənin kapitanı aeroporta qayıtmağa qərar verib.

Təyyarə saat 08:50-də Heydər Əliyev Beynəlxalq Aeroportuna eniş etmişdi.

Hava şəraiti yaxşılaşdıqdan sonra sərnişinlər Naxçıvana yola düşəcəklər.