7 Yanvar 2022, 12:47

Rusiya sülhməramlıları Almatı hava limanını nəzarətə götürdü

Rusiya sülhməramlıları Almatı hava limanını nəzarətə götürdü

Rusiya KTMT sülhməramlı kontingentində Qazaxıstanın hüquq-mühafizə orqanları ilə birlikdə Almatı hava limanını tam nəzarətə götürüb, Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov bildirib.

"Qazaxıstan Respublikasına gələn Rusiya hərbçiləri dərhal qarşıya qoyulan tapşırıqları yerinə yetirməyə başlayıblar. Hazırda Qazaxıstan Respublikasının hüquq-mühafizə orqanları ilə birlikdə Almatı hava limanı tam nəzarətə götürülüb", - o bildirib.

"Şəhərdə yerləşən Rusiya Federasiyasının Baş Konsulluğunun və digər mühüm obyektlərin təhlükəsizliyi təmin edilir", - Konaşenkov bildirib.

Xəbər verdiyimiz kimi, Rusiya KTMT sülhməramlı kontingentində Qazaxıstana hava-desant qoşunları göndərib.