5 Yanvar 2022, 19:40

AZAL Almatıya olan reyslərini ləğv edir

Bu qərar Qazaxıstanda baş verən hadisələrlə əlaqədardır
AZAL Almatıya olan reyslərini ləğv edir

AZAL Almatı şəhərinə həyata keçirilən reysləri ləğv edir. Bu qərar Qazaxıstanda baş verən hadisələrlə əlaqədar qəbul edilmişdir.

Bakı-Almatı marşrutu üzrə və əks istiqamətdə reyslərə bilet almış bütün sərnişinlərə biletin dəyəri tam geri qaytarılacaq və ya pulsuz yenidən rezervasiya təklif olunacaq.

Bakı-Almatı üzrə reyslər aviaşirkət tərəfindən həftənin cümə günləri, Almatı-Bakı reysi isə şənbə günləri həyata keçirilirdi.

AviaTravel 

 

 

Teqlər: