29 Dekabr 2021, 16:43

AZAL-dan Yeni il endirimləri

Kampaniya yerləri məhduddur
AZAL-dan Yeni il endirimləri

Azərbaycan Hava Yolları əlavə endirimlərlə dolu Yeni il kampaniyası elan edib. Aviaşirkət 2022-ci il yanvarın 10-dan martın 6-dək yerinə yetiriləcək reyslərə dekabrın 29-dan dekabrın 31-dək aviabilet alan zaman 50% endirim təklif edir. Kampaniya aşağıdakı uçuşlara şamil olunur:

- Bakı-İstanbul-Bakı

- Bakı-Təl-Əviv-Bakı

- Bakı-London-Bakı

- Bakı-Dubay-Bakı

- Bakı-Mineralnıye Vodı-Bakı

- Bakı-Küveyt-Bakı

- Bakı-Ciddə-Bakı

- Bakı-Moskva-Bakı

- Bakı-Antalya-Bakı

Nəzərə alın ki, kampaniya üçün slotların sayı məhduddur. Əlavə məlumat üçün www.azal.az!

AviaTravel