29 Dekabr 2021, 12:56

Yanvarın 21-dən Rostov-na-Donu-Bakı reysi açılır

Yanvarın 21-dən Rostov-na-Donu-Bakı reysi açılır

“Azimut” aviaşirkəti 2022-ci il yanvarın 21-dən Rostov-na-Donu-Bakı reysi üzrə uçuşlar həyata keçirməyə başlayacaq. Bu barədə aviadaşıyıcının mətbuat xidmətindən məlumat verilib.

Uçuşların həftədə 1 dəfə - cümə günü yerinə yetirilməsi planlaşdırılır.

Hazırda Mineralnıye Vodıdan Bakıya uçuşlar həyata keçirilir.

Xəbər verildiyi kimi, “Azimut” aviaşirkətinin 2021-ci ilin iyun ayında Rostov-na-Donu, Krasnodar və Mineralnıye Vodıdan Bakıya planlaşdırılan reysləri qeyri-sabit epidemioloji vəziyyətlə əlaqədar Azərbaycanın aviasiya hakimiyyəti orqanlarının qərarı ilə ləğv edilmişdi.

interfax.az