29 Dekabr 2021, 10:50

Moskva-Qəbələ reysi üçün bilet satışı başlayıb

Uçuşların “Boeing 737-800” təyyarəsində həyata keçirilməsi planlaşdırılır.
Moskva-Qəbələ reysi üçün bilet satışı başlayıb

Rusiyanın “Nordwind” aviaşirkəti yeni açılan Moskva-Qəbələ reysi üçün bilet satışına başlayıb.

Bu barədə “Aviaport” məlumat yayıb.

Uçuşların “Boeing 737-800” təyyarəsində həyata keçirilməsi planlaşdırılır.

3 saat davam edəcək uçuşlar yanvar ayının 16-dan etibarən hər həftənin bazar günü həyata keçiriləcək.