24 Dekabr 2021, 15:57

Amerika aviaşirkətləri 200-dən çox reysi ləğv etdi

Səbəb uçuş heyəti üzvlərinin kütləvi şəkildə koronavirusa yoluxmasıdır
Amerika aviaşirkətləri 200-dən çox reysi ləğv etdi

Reuters xəbər verir ki, Amerika aviaşirkətləri United Airlines və Delta Air Lines yeni il ərəfəsində uçuş heyətlərinin kütləvi şəkildə koronavirusa yoluxması səbəbindən 200-dən çox reysi ləğv edib.

Belə ki, United bu günə, dekabrın 24-nə planlaşdırılan 120, Delta isə 90-a yaxın reysi ləğv edib.

Şirkətlər uçuşun ləğvi ilə bağlı sərnişinləri xəbərdar etmək üçün onlarla əlaqə saxlayır. United Airlines açıqlamasında ölkə daxilində omicron infeksiyalarının artmasının ekipajlar və dispetçerlər arasında kütləvi xəstəliyə səbəb olduğunu bildiriblər. Delta, uçuşları ləğv etməzdən əvvəl marşrutları, təyyarələri və ekipajları dəyişdirmək daxil olmaqla, bütün imkanları və resursların tükəndiyini söylədi.