24 Dekabr 2021, 12:16

Lufthansa: "Rezervasiyalarda kəskin azalma müşahidə olunur"

Lufthansa:

Almaniyanın Lufthansa aviaşirkəti bu qış 33 min uçuşunu ləğv edəcək. Bu barədə Frankfurter Allgemeinen Zeitung nəşri şirkətin rəhbəri Karsten Spohra istinadən yazıb.

Onun sözlərinə görə, hazırda 2022-ci ilin yanvar ayının ortalarından fevral ayına qədər olan dövr üçün rezervasiyalarda kəskin azalma müşahidə olunur. Bu, yəqin ki, omikron koronavirusun yeni variantı ilə bağlıdır. Buna görə də qış uçuş cədvəlində şirkət 33 000 reysi - bütün uçuşların təxminən 10%-ni ləğv edəcək.

Lufthansa rəhbəri qeyd edib ki, şirkət yanvarda daha çox reysləri kəsmək istəyir, lakin o, yalnız hava limanlarında uçuş və eniş hüquqlarını qorumaq üçün 18 min lazımsız uçuş həyata keçirməli olacaq.

Söhbət ilk növbədə Aİ daxilində - Almaniya, İsveçrə, Avstriya və Belçikada uçuşların ləğvindən gedir.