23 Dekabr 2021, 16:12

Manama-Bakı aviareysi bərpa olunur

Uçuşlar həftədə iki dəfə həyata keçiriləcək
Manama-Bakı aviareysi bərpa olunur

2022-ci il yanvarın 6-dan Bəhreyn Krallığının milli aviadaşıyıcısı Gulf Air ölkənin paytaxtı Manamadan Bakıya birbaşa uçuşları bərpa edəcək.

Reyslər həftədə iki dəfə həyata keçiriləcək.

Gulf Air-in icraçı direktoru Valid əl-Ələvi qeyd edib ki, aviaşirkət 2018-ci ildən Bəhreyn və Azərbaycan arasında birbaşa uçuşlar həyata keçirir və bu reys Gulf Air şəbəkəsində ən populyar istiqamətlərdən biri olub.

Qeyd edək ki, hazırda COVID-19 pandemiyası səbəbindən Gulf Air pandemiya başlamazdan əvvəl həyata keçirilən uçuşların 80%-dən bir qədər çoxunu həyata keçirir.