15 Dekabr 2021, 14:48

ABŞ aeroportlarında bu il rekord sayda silah müsadirə olunub

ABŞ aeroportlarında bu il rekord sayda silah müsadirə olunub

2021-ci ildə Amerika aeroportlarının nəzarət-buraxılış məntəqələrində təqribən 5700 vahid odlu silah müsadirə edilib. Bu, Nəqliyyatda təhlükəsizlik agentliyinin yaradıldığı vaxtdan agentlik tərəfindən qeydə alınmış ən yüksək göstəricidir.

Nəqliyyatda təhlükəsizlik agentliyinin dekabrın 13-də dərc edilmiş hesabatına gistinadla xəbər verir ki, təkcə 2021-ci ildə 5674 vahid silah aşkar edilib.

Bu silahın 85 faizi döyüş sursatı olub. Atlanta, Fort-Uert (Dallas) və Hyuston aeroportları müsadirə edilmiş odlu silahın sayına görə birinci yerdədirlər. Agentliyin rəhbəri Devid Pekoske bildirib ki, bundan əvvəlki maksimal rəqəm 2019-cu ildə qeydə alınıb. Həmin ildə 4400 vahid silah müsadirə edilib. Pekoskenin sözlərinə görə, müsadirə edilmiş odlu silahın sayının artması ölkədə yaranmış vəziyyəti əks etdirir. ABŞ-da hədsiz çox silah satılır. Agentliyin siyasətinə müvafiq olaraq, əlçatan döyüş sursatları ilə doldurulmuş və ya doldurulmamış odlu silah daşıyan şəxslər 3000-10000 dollar məbləğində cərimə oluna və cinayət məsuliyyətinə cəlb edilə bilər.

Noyabr ayında Atlantadakı Hartsfild-Cekson beynəlxalq aeroportunun əsas nəzarət buraxılış məntəqəsində hərc-mərclik yaranıb. Burada təhlükəsizlik xidmətləri tərəfindən yoxlama aparılan vaxt odlu silahdan atəş açılıb. Agentliyin məlumatına görə, bir sərnişinin çantasında axtarış aparılarkən ona həmin çantaya toxunmaması əmr edilib, sərnişin isə çantanın üzərinə cumub, oradakı odlu silahı götürüb və sonra həmin silahdan atəş açılıb.