13 Dekabr 2021, 18:28

Kaluqadan Bakıya birbaşa uçuşlar başlayır

“Ural Hava Yolları” aviaşirkəti reysi 220 yerlik “Airbus A321” təyyarələri ilə həyata keçiriləcək
Kaluqadan Bakıya birbaşa uçuşlar başlayır

“Ural Hava Yolları” aviaşirkəti Kaluqadan Bakıya birbaşa uçuşlar üçün bilet satışına başlayıb.

Kaluqa hava limanından verilən məlumata görə, uçuşlar 2021-ci il dekabrın 29-dan etibarən həftədə iki dəfə, çərşənbə və şənbə günləri yerinə yetiriləcək. Kaluqadan yola düşmə saat 09:25-də, Bakıya çatma saat 13:30-da, Bakıdan yola düşmə saat 14:30-da, Kaluqaya çatma isə saat 4:40-da reallaşacaq.

Uçuşlar 220 yerlik “Airbus A321” təyyarələri ilə həyata keçiriləcək.