30 Noyabr 2021, 15:52

İstanbul hava limanına enişlər çətinləşib. Azərbaycandan Türkiyəyə olan uçuşlar ləğv edilibmi?

İstanbul hava limanına enişlər çətinləşib. Azərbaycandan Türkiyəyə olan uçuşlar ləğv edilibmi?

Türkiyədə cənubdan gələn güclü hava axınlarının yaratdığı “lodos fırtınası” səbəbiylə İstanbul hava limanının fəaliyyətində çətinliklər yaranıb. İstanbul hava limanına və Sabiha Gökçen hava limanına enə bilməyən və uçuş-enmə zolağından keçmək məcburiyyətində qalan Türk Hava Yollarının (THY) 6 təyyarəsi digər hava limanlarına göndərilib.

Son dəqiqə əldə etdiyimiz məlumata görə, buna baxmayaraq AZAL Dövlət Hava Yollarının bütün reysləri işləkdir və dünən, eləcə də buğun nəzərdə tutulan reyslər tam yerinə yetirilib. Belə ki, bugün Bakıdan İstanbula AZAl-ın iki reysi, THY-nın iki reysi baş tutub. Bir reys isə bu axşam olacaq.

Qeyd edək ki, THY-nın Nyu-York, Varşava, Budapeşt, Malta və İzmirdən İstanbul Hava Limanına uçan təyyarələri Ankara Esenboğa Hava Limanına yönləndirilib, Amasya-İstanbul reysini yerinə yetirən təyyarə isə İzmir Adnan Menderes Hava Limanına enmək məcburiyyətində qalıb.

Türkiyənin milli aviadaşıyıcısı hava durumu ilə bağlı vəziyyətin belə hallar yarada biləcəyini bildirib və sərnişinlərə əlavə məlumat veriləcəyini qeyd edib.

Qeyd edək ki, THY ölkədaxili uçuşları da təxirə salır və xüsusən də Anadolu şəhərlərindən İstanbul Hava limanına olan uçuşları ləğv edib.  

Teqlər: