14 İyun 2022

Avropa uçuşların ləğvi ilə gündəmdədir. Belə vəziyyətlə üzləşsəniz nə edə bilərsiniz?

Avropa uçuşların ləğvi ilə gündəmdədir. Belə vəziyyətlə üzləşsəniz nə edə bilərsiniz?

Avropanın mülki aviasiya sənayesi ciddi böhranla üzləşib. İşçilərin tətili, işçi çatışmazlığı ilə birlikdə Avropada xaos mənzərələri yaratdı. Avropanın bir neçə ölkəsində böyük gecikmələr, reyslərin təxirə salınması davam edir. Aviatravel.az olaraq, bu halda Avropada səyahət planları olan həmvətənlərimizə bəzi tövsiyyələri təqdim edirik.

Əvvəlcə ölkələrdəki vəziyyət barədə. Böyük Britaniyanın Hitrou hava limanında reyslərin gecikməsi və kütləvi ləğvi məlumdur. Gatwick hava limanındakı problemlərə görə Easy Jet və Wizz Air də bəzi uçuşları həyata keçirə bilmir.

Böyük Britaniyadan uçan uçuşlara tətil qadağası Qatvik hava limanından ləğv edilən reyslər arasında Kopenhagen, Dubrovnik və Nitsaya da uçuşlar var. Həmçinin İtaliyada, hava limanının hərəkətinə nəzarət işçilərinin tətilləri səbəbindən İngiltərədən gələn onlarla reys ləğv edilib. Mançester hava limanında lentə cəmlənən çamadanlar sosial medianın gündəmini zəbt edib.

Avrupa, yaşanan uçuş iptalleriyle gündemde #1

Fransada 300 avro tələbi

Fransada Paris Şarl de Qoll hava limanının əməkdaşlarının tətili səbəbilə səhər reyslərinin dörddə biri ləğv edilib. Paytaxt Parisdəki Charles De Gaulle Hava Limanı personalının tətil etməsi səbəbiylə bir çox həmkarlar ittifaqının çağırışı ilə saat 07:00-14:00 arasında uçuşların dörddə biri həyata keçirilə bilməyib. Tətil edən işçilər inflyasiyaya qarşı əmək haqlarının 300 avro artırılmasını istəyirlər. Fransa Mülki Aviasiya Baş İdarəsi (DGAC) hava yolları şirkətlərindən saat 07:00-14:00 arası uçuşların sayını azaltmağı tələb edib.

Belçikada uçuşların sayını azaltmaq qərarı

Belçikanın avia daşıyıcısı Brussels Airlines, həmkarlar ittifaqlarının tətillə hədələməsindən sonra yay dövründə uçuşların sayını azaltmaq qərarına gəlib. Həmkarlar ittifaqları, xüsusilə bayram günlərində uçuş heyətinin istirahət müddətləri, iş saatları, iş yükü və maaşları ilə bağlı problemlər səbəbindən tətil edə biləcəkləri barədə xəbərdarlıq edib. Bu xəbərdarlıqdan sonra Brussels Airlines yay mövsümündə işçilərinin iş yükünü yüngülləşdirmək üçün Avropa üzrə 148 uçuşu ləğv etdiyini açıqladı. 

Yay aylarında tez-tez tətillər gözlənilir

Brüssel Hava Yolları və işçiləri arasında iş şəraiti və əmək haqqı ilə bağlı danışıqlar davam edir. Danışıqlarda razılığın əldə olunmaması halında uçuşların ən sıx olacağı yay dövründə tətillərin tez-tez baş verəcəyi gözlənilir.

Hollandiyada sıxlığın həlli yoxdur

Amsterdam Schiphol Hava Limanı rəsmiləri aprel ayından bəri davam edən intensivliyə həll yolu tapmaqda çətinlik çəkir. Aprelin 23-ü səhər Royal Dutch Airlines KLM-nin işçiləri tərəfindən başlayan tətil başa çatsa da, KLM keçən həftə Pentikost bayramının intensivliyi səbəbindən gündəlik 50-yə yaxın uçuşu ləğv etdiyini açıqladı.

Avrupa, yaşanan uçuş iptalleriyle gündemde #7

KLM-nin həftənin əvvəlindən planlaşdırılmış uçuşlara qayıtdığını elan etməsinə baxmayaraq, hava limanında təhlükəsizlik növbələri və gecikmələr davam edir.

Bu problemlərdən qaçmaq üçün nə etməlisiniz? 

1. Səyahətiniz zamanı gedişlə yanaşı və geriyə dönüş biletini əvvəlcədən almağa çalışın. 

2. Səyahətlərini planlayan zaman diqqətli oun, iki uçuş arasındakı məsafəni 4-6 intervalında götürün ki, gecikmə, yubanma olsa ikinci reysə çatsınlar.

3. Nisbətən  kiçik, və aşağı büdcəli aeroportları seçməyə çalışın. Reyslərin əksəsiyyəti böyük, personalı çox olan aeroportlarda təxirə salınır, çünki işçi sayı xitmət etməyə çatmır. 

4. Uşuş təxirə salınarsa və ya ləğv edilərsə, dərhal aviadaşıyıcı ilə əlaqə yaratmağa çalışın. Bilet ödənişini geri ala bilərsiniz. 

5. Şirkət ləğv edilmiş reysin sərnişinlərinə yemək, yüngül qəlyanatlı və adi içkilər verməyə borcludur. 

6. Hava ilə bağlı vəziyyətlə əlaqədar reys ləşv edilibsə, təzminat yoxdur. 

7. Aviadaşıyıcı xidmətini yerinə yetirmirsə, ona qarşı məhkəmə iddiası qaldıra bilərsiniz.  

 

AviaTravel