18 Fevral 2022, 15:22

AZAL Ermənistana 32 min avronu necə və nəyə ödəyib?

Bir "sensasiyalı" mesajın arxa fonu
AZAL Ermənistana 32 min avronu necə və nəyə ödəyib?

Ötən gün Ermənistan mətbuatı “çığıran” başlıq və “sensasiya” iddiası ilə “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) Ermənistana aeronaviqasiya xidmətləri üçün təxminən 32 min avro ödəməsi barədə xəbər yayıb.

Eyni zamanda, eyni xəbərdə Ermənistan Mülki Aviasiya Komitəsinin mətbuat xidməti sözün əsl mənasında aşağıdakı məzmunda bir mesaj təqdim edir: “Nəzərinizə çatdırırıq ki, 6 oktyabr 2021-ci il tarixindən 31 dekabr 2021-ci il tarixədək “Armaeronavigatsiya” tərəfindən AZAL-a aeronaviqasiya xidmətlərinin göstərilməsi üçün şirkət Eurocontrol beynəlxalq təşkilatının marşrut haqları üçün mərkəzi ofis vasitəsilə 31 901,77 avro ödəyib".

Bəs, bu xəbərdə bu qədər “sensasiyalı” nə var?

Gəlin ondan başlayaq ki, qeyri-rezident ölkənin aeronaviqasiya xidmətlərindən istifadəyə görə aviaşirkətlər tərəfindən (bu dünyada mövcud olan) ödənişlər uzun illərdir mövcud olan norma, praktikadır. Bunun tranzit uçuş və ya birbaşa ölkədə enişlə olmasının fərqi yoxdur. Bu ödənişlər də nəzərə alınmaqla, nəticədə aviabiletin qiyməti formalaşır.

Gəlin, AZAL-ın bu qədər pulu məhz hara və niyə köçürdüyünə daha yaxından nəzər salaq.

Uçuşlar üçün ödənişlər Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) Hava Limanları və Hava Naviqasiya Xidmətləri Siyasəti (ICAO-nun Hava Limanları və Hava Naviqasiya Xidmətləri üçün Ödənişlər Siyasəti) ilə tənzimlənir. Sənəddə hava limanlarının iqtisadi vəziyyətinin və aeronaviqasiya şəraitinin davamlı monitorinqinə əsaslanan tövsiyələr və nəticələr var. Yəni hansı məbləğin ödənilməsi məsələsi ölkə (indiki halda Ermənistan) tərəfindən deyil, İCAO tərəfindən, bu ölkənin mövqeyi nəzərə alınmaqla qoyulur.

Yuxarıda adı çəkilən “Eurocontrol” 1960-cı ildə əsas məqsədi Vahid Avropa Səması layihəsi çərçivəsində ümumavropa hava hərəkətinin idarəolunma sistemini inkişaf etdirmək məqsədi ilə yaradılmış Hava Naviqasiyasının Təhlükəsizliyi üzrə Avropa Təşkilatıdır. "Eurocontrol" bütün Avropa üçün hava hərəkətinə nəzarəti koordinasiya edir və planlaşdırır, o cümlədən aeronaviqasiya ödənişlərinin toplanması da bura daxildir.

Eyni təşkilat Ermənistan ərazisindən tranzit uçuşlar üçün aeronaviqasiya xidmətlərinə görə ödənişləri də toplayır. Obrazlı desək, ölkələrin bir-birinə olan bütün ödənişlərini toplayır, sonra təyinatına uyğun olaraq bölüşdürür.

Yeri gəlmişkən qeyd edirik ki, Eurocontrol ilə yanaşı, ödənişlərin yığılması funksiyalarını da Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyası, IATA (İngilis Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyası) həyata keçirir.

Ötən il oktyabrın əvvəlində AZAL-ın Bakıdan Naxçıvana sərnişin reysləri üçün Ermənistanın hava məkanından istifadə etməyə başladığı açıqlanıb, bu barədə ətraflı məlumatı linkdən oxuya bilərsiniz. Əslində bu, paytaxtdan muxtar respublikaya uçuşun məsafəsini və vaxtını qısaldır, yəni ən azı yanacağa qənaət edilir. Bu, Ermənistanın hava məkanından istifadə xərclərini kompensasiya etməkdən daha çox ola bilər (yeni marşruta keçidin AZAL-ın xərclərinə və bu reysə aviabiletin qiymətinə nə qədər təsir göstərə biləcəyi sualına).

Bir sözlə, yeni marşruta keçidlə bağlı qərar qəbul edərkən, təbii ki, Azərbaycan tərəfi bu addımın bütün müsbət və mənfi tərəflərini, o cümlədən qarşıdan gələn ödənişləri əvvəlcədən bildi və hesabladı. Və bu xəbər birtəhər "sensasiya" yaratmır ...

 

AviaTravel